“Qızıl buts” mükafatını, dünya Çempionatında ən çox qol vuran futbolçu alır. Turnir Rusiyada təxminən bir aydan sonra başa çatacaq və burada biz qələbəyə layiq, əsas 5 namizədi gözdən keçirəcəyik.
Lionel Messi, Argentina
Qələbə əmsalı: 10.00
Niyədə yox? Messi Argentina yığmasını, 2014-ci ildə Braziliyada keçirilən çempionatın, finalına kimi gətirməyi bacardi və sonda Almaniyaya məğlub oldu. O, millidə, Barselonada oynadığı səviyyədə oynayir və bundan əlavə tənifat mərhələlərində səkkiz qola imza atıb. Messinin bu Dünya çempionatında, son kuboku nəzərə alsaq, beş qolu var. Əgər onun komanda yoldaşları ona dəstək olsalar o halda o, Dünya çempionatında şansları artıraraq, Argentinaya qələbə qazandıra bilər.
Neymar, Braziliya
Qələbə əmsalı: 11.00
Neymar, Paris Sen-Jermen ‘in heyətində, mövsümün son hissəsini ayaq sınıq üzündən, buraxmaq məcburiyyətində qaldı, lakin, o Braziliyada final yoldaşlıq matçına qayıtmağa hazırdır. O, 2014-ci ildə dünya Çempionatında dörd xal toplayıb. Neymar zədələnmə nəticəsində, Almaniya 7:1 Braziliya matçını qaçırdı, bu səbəbdəndə onun yetərincə motivasiyasi var. Necə ki, Argentina dedikdə ilk Messi yada düşür, elədə Neymar dedikdə Braziliya. Braziliya, Dünya Kubokunda altıncı kubokunu qazanmaq istəyinə baxmayaraq, Neymara da Messi kimi komanda yoldaşlarının köməyi gərəkdir.
Kriştianu Ronaldo, Portuqaliya
Qələbə əmsalı: 15.00
Ronaldo Portuqaliya millisinə, təsnifatda 15 qol gətirib və mövsümün birinci hissəsini başa çatadırdıqdan sonra da, o, Realın heyətində öz qüvvələrini aktivləşdirib. Bununla belə, Ronaldo ‘un dünya Kuboklarında cəmi üç qolu var, buna görə də Portuqaliya yığmasının kapitanı əlindən gələni əsirgəməməlidir ki, dünyanın ən yaxşı komandalarına qarşı meydan oxuya bilsinlər. Çox güman ki, bu kubok Ronaldo üçün sonuncu olacaq, bu səbəbdəndə o, millini layiqli tərk etmək fikirindədir.
Romelu Lukaku, Belçika
Qələbə əmsalı: 21.00
Lukaku, Mançester Yunayted ‘in heyətində ilk mövsümü əla keçirib, üstəlik o, dünya Kubokunun təsnifat mərhələsində 11 qol vurub. Bu Belçikanın ən mükəmməl heyətidir. Lukakodan başqa millinin heyətində Eden Azar və Debruyne kimi futbolçular var, onlar isə dünyanın ən yaxşı oyun quranlarından hesab olunurlar. Əgər Belçika “geridə qalan” komanda kimi öz adını tarixdən silmək niyyətindədirsə o halda, onlara Lukakunun qolları gərəkəcəkdir, bu səbəbdəndə o bu mükafata layiq fudbolçudur.
Tomas Müller, Almaniya
Qələbə əmsalı: 34.00
Gənc cırtqoz, Timo Vernerə, pul qoyuluşu etmək cəlbedici olardı, belə ki o, təsnifatda üç qola imza atıb. Lakin, Müllerə daha çox diqqət yetirmək lazımdır, o Dünya Çempionatlarında on xal toplayıb, və 22 yaşlı Vernerə baxdıqda daha çox təcrübəyə malikdir. Müller Bavariya ilə (öz standartlarına görə) mövsümü başa vurdu, və o 2016-ci il Avropa Çempionatındaki xatirələrini silmək arzusundadır. Orada Müller qol vura bilmədi, bu cür mötəbər turnirdə isə qol vurmamaq onun üçün normal hal deyil. O, 2010-ci ildə “Qızıl buts” mükafatını əldə edib və 2014-ci ildə kolumbiyalı Ceyms Rodriqesdən sonra beş qol ilə ikinci yerdə qərarlaşıb. Rusiyada onun özünü göstərmək şansı olacaq.