Rusiya keçirilən dünya Çempionatında D qrupunda çıxış edəcək Argentina xal itirməmək niyyətindədir. Xorvatiya yığmasının çətinlik yaradcağını nəzərə alsaq, qərarın doğru olduğunu başa düşərik. İslandiya və Nigeriya yığmalarının üçüncülük uğrunda müabrizə aparacaqlarını əminliklə söyləyə bilərik. Ancaq islandiyalıların Argentina ilə keçirdiyi son matçında göstərdiyi mükəmməl oyun, ada sakinlərinin azarkeşlərinə ümid verir.
Argentina
Qələbə əmsalı : 1.61
Əgər komandanızda Messi kimi təcrübəli oyunçu varsa siz mütləq qrupdan növbəti mərhələyə çıxmalısınız. Messi hələdə ən yaxşı oyunçu adını qazanmaq üçün mübarizə aparır. Argentinanın Almaniyaya 2014 cü ildə məğlub olduğu finalda Messi yorulduğunu açıqladı və klubda mövsümünün sonuna yaxın həqiqətən istirahət etdi. Argentinanın yaxşı nəticə göstərməsi üçün, Sergio Aguero və Gonzalo Higuain yaxşı tərəfdən özlərini göstərməlidirlər, Angela Di Maria da artıq yaxşı fiziki vəziyyətdədir. Diz zədələnməsinə görə qapıçı Sergio Romero-nın yoxluğu komanda üçün böyük bir zərbədir və bununla yanaşı, Argentinanın müdafiə cinahında da bir çox problemlər var. Bu komanda D qrupundan çıxmaq üçün kifayət qədər gücə sahibdir.
Xorvatiya
Qələbə əmsalı : 3.25
Xorvatiya bütün dünya kulublarının almaq istədiyi orta sahəyə sahibdir. Luka Modric, Ivan Rakitic və Ivan Perisic olduqca qabiliyyətlidir. Komandada oyuna qatılmayan Mateo Kovac da var. Komandada oyuna qatılmayan Mateo Kovac da var. Ancaq Argentina yığması kimi Xorvatiyada güclü müdafiəyə sahibdir. Xorvatiya yığması əgər yaxşı əhval ruhiyyə ilə matça çıxaraq bütün gücünü göstərsə Argentina millisini məğlub edə bilər. Ən pis nəticə kimi onlar S qrupunda ikinci yeri qazanacaqlar.
İslandiya
Qələbə əmsalı : 13.00
İslandiya yığmasının Avropa çempionatında göstərdiyi nəticə və Argentina ilə 2 gün əvvəl oynanılan matçda göstərdiyi nəticə möhtəşəmdir. Dünya Çempionatına çıxmaq belə komanda üçün möhtəşəm nəticədir. Yarımmüdafiəçi Gilfi Sigurdsson diz zədələnməsindən sonra yığmaya geri döndü və 100% ideal formada deyil. Yarımmüdafiəçi və kapitan Aron Gunnarsson da diz qapağından zədə aldı. Hücumçu Kolbeinn Sigtorssonda turnirə zədəsi səbəbiylə qatılmayacaq. İslandiya yığması möhkəm komanda ruhuna sahibdir, lakin bu komandanın növbəti mərhələyə çıxması üçün kifayət deyil.
Nigeriya
Qələbə əmsalı : 11.00
Nigeriya millsinin bu Dünya Çempionatında həqiqətən yaxşı bir heyəti var. Komandada Alex Iwobi, Kelechi Iheanacho və Wilfred Ndidi başçılıq etdiyi ümid vəd edən gəncləri var. Jon Obi Mikel təcrübəli oyunçu və müdafiəçidir. Buna baxmayaraq, Çempionatda onun üzərinə çox iş düşəcək. Arka xətt dünya səviyyəsinə yaxın deyil və qapıçı komandanın problemli sahəsidir. Bəlkə Nigeriya 19 yaşındakı Francis Uzohoya milli komandanın qapısını qorumaq şansı verəcək. Bütün bunlar bir fəlakət kimi görünür və bunun nəticəsi, Nigeriyanın D qrupunda sonuncu yeri tutacağını göstərir.