B qrupunun axırıncı oyunu iyunun 25-də İran-Portuqaliya matçı ilə paralel keçiriləcək. İspaniya Mərakeş ilə qarşılaşacaq. Mərakeşlilər əvvəlki iki görüşündə məğlub olduqları üçün play-offda oynamaq şansını itirdilər. İndi yalnız qol və prestij xalı vacibdir. İspaniya isə, öz növbəsində, pley-offa çıxmaq və B qrupunda birinci olmaq istəyir.
İspaniya yığmaıs haqqında nələri bilməliyik
Komanda, İran ilə matçda oyuna hakim idi, ancaq yalnız bir qol vurmağı bacardı. 54-cü dəqiqədə Diego Kosta həmin oyunda yeganə qol vurdu, üstəlik matç çox maraqlı keçdi. İran müdafiəçisi topu çıxarmağa çalışdı, lakin Kosta ayağını uzatdı və topa toxunaraq qapıya göndərdi. Ümumiyyətlə İspaniya bu göstərici ilə Portuqaliya ilə eyni xala sahib oldu. İspan milli komandasının ən yaxşı oyunçusu İsko oldu. O, müntəzəm olaraq İranı müdafiəsində problem yaratdı. Lucas Vaskez üçün isə yaxşı matç olmadı. Start heyətdə onun olmasına baxmayaraq istədiyi nəticəsini verə bilmədi. Bu nəticədən asılı olmayaraq, İspaniya yaxşı komandadır və güclü rəqibləri ilə matçlarda, onlardan heç də pis oynamırlar. Onlar Portuqliya ilə matçda bunu təsdiq etdilər.
Mərakeş yığması haqqında nələri bilməliyik
Portuqaliyaya qarşı Morokko heyəti yaxşı bir matç göstərdi. Onlar yüksək səviyyədə oyun nümayiş etdilər və kifayət qədər təhlükəli anlar yaratdılar. Bəzən isə komandaya kifayət qədər bacarıq yetmədi bəzən isə uğur. Hakim Pepenin əl ilə oyundan sonra penalti təyin etsə, Maracoo bəlkə qələbə qazana bilərdi. O matçda itirilən xal, Mərakeşin playoff mərhələsinə çıxma şansını yox etdi. Komanda 0 xal qazandı və 0 qol vurdu, ancaq oyunlarına baxdığımız zaman buna inanmaq çətindir. Bu matçda komanda ən az 1 xal almaq və mümkün olan ən azı 1 qol vurmaq üçün mümkün olan hər şeyi edəcək. Onların itirəcək bir şeyləri yoxdur. Qeyd edək ki, Mərakeş 1998-ci ildən etibarən ilk dəfə qrup mərhələsinə daxil olub və nəticəyə baxmayaraq, əla səviyyədə oyun nümayiş etdirdi.
İspaniya – Mərakeş matçının proqnozu
İspaniya 1.36 əmsal ilə bu matçın favoritidir. Mərakeş komandasının qələbəsi o qədər də inandırıcı deyil və məhz bu səbəbdən onların qələbəsinə 10.00 əmsal verilir. Heç-heçə əmsalı isə 5.25 dir. Bu iki komanda indiyə qədər qarşılaşmayıblar. Çox güman ki, Mərakeş İran üslubunda oynayacaq, bütün 11 oyunçu sahənin yarısında İspaniyalılarla qarşı oynayacaq. Əlbəttə ki, onların bu taktikasına Pike və Ramos mane olacaq. Mərakeşlilər üçün bu önəmli matç olacaq çünki İspanlara xal lazımdır. Meydanda möhtəşəm mübarizə olacaq.
Proqnoz: İspaniyanın qələbəsi