H qrupu, hazırki Dünya Çempionatında ən çətin qruplardan sayılır. 4 komandadan 3-ü playoff turuna çıxmaq üçün mübarizə aparacaq. Çox güman ki, H qrupunun qalibi Kolumbiya milli komandası olacaq və bir sonraki pille ise Polşa milli komandasının olacaq. Senegal üçüncü yerdə qərarlaşacaq, Yaponiya isə son pillədə.
Kolumbiya
H qrupunda qələbə əmsalı : 2.27
Kolumbiya, Braziliyada keçirilən son dünya çempionatında 1/4 finala çıxaraq gözəl oyun göstərdi. Kolumbiyalıların hücumçus, James Rodriguez aktivində altı qol ilə Dünya Kubokunun ən qolçu oyunçusu oldu. Turnirdən sonra Real Madridə transfer oldu. Ancaq vaxt onu göstərdi ki, Avropada yalnız Bavariya Münhen komandasında oynaya bildi. Kolumbiyanın orta xəttində Juan Cuadrado kimi güclü oyunçular var. Braziliyadakı Dünya Kubokunu qaçırdığı üçün bu turnirin başlamasını gözləyən qolçu Radamel Falcaoda var. Müdafiədə Kolumbiya, gənc müdafiəçilər Davidson Sanchez və Erri Meenə ümid bəsliyir. Sanchezin yalnız 21, Erri Minanın isə 23 yaşı var. Kolumbiyanın müdafiəsində oyunlarının çoxu onlardan asılı olacaq. Gənclər bütün gücünü göstərməsə, Kolumbiya yaxşı nəticə göstərməyəcək.
Polşa
H qrupunda qələbə əmsalı : 2.77
Polşa milli komandasında, dünyanın ən yaxşı qolçularından biri olan Robert Lewandowski var. Polşanın axır mövsümdə keçirdiyi sezonu Robertin adına yazmaq düzgün olmaz ama yenədə o komandada özünü çox yaxşı göstərdi. Yarımmüdafiə oyunçuları haqqında isə bunları söyləyə bilmərik. Grzegorz Kryhovyak və Kamil Grosicki klublarında çox yaxşı bir mövsüm yaşamadılar. Qapıçı Wojciech Szczesny də Juventusda çox oynama müddəti almadı. Lewandowskinin təklikdə oyun qazanmağı çətin olacaq və elə məhz buna görə qalan oyunçular formda olmalıdır. Polyakların H qrupundan çıxa bilməsi üçün yaxşı bir futbol göstərmələri lazımdır.
Seneqal
H qrupunda qələbə əmsalı : 5.5
Seneqal komandası ən son 2002-ci ildə Dünya Kubokunun finallarında iştirak etdi. H qrupu onlar üçün asan qrup deyil, lakin daha da pis ola bilərdi. Onların ən yaxşı oyunçusu, Sadio Mane Liverpulda fantastik mövsüm keçirdi, lakin Firmino və Salahın Senegal milli komandası üçün oynamadığını xatırladaq. Seneqalda orta xəttin liderliyini Şeyx Kuyət əlinə alacaq. Əlbəttə müdafiə xətti yaxşı vəziyyətdə deyil. Polşa və ya Kolumbiya yığmaları Yaponiya ilə matçda sensasiyalı bir şəkidlə xal itirərsə, Senegal qrupdan növbəti mərhələyə çıxa bilər. Həmçinin çox şey komandan;n lideri Sadio Manedən asılı olacaq.Pley-off turuna çıxmaq Senegal üçün əla nəticə olacaq.
Yaponiya
H qrupunda qələbə əmsalı : 8.00
Yaponiya komandası bu qrupun mütləq autsayderidir. Ulduz heyət olmamağı ilə yanaşı komandanın baş məşqçi problemi var. Vahid Xəlilkhodiç bu ilin aprel ayında komandadan ayrılıb və Yapon mütəxəssis Akira Naşino komandanın başına gətirilib. Yarımmüdafiəçilər Makoto Hasebe, Shinji Kagawa və Keisuke Honda təcrübəyə malikdirlər və bir çox fayda əldə edə bilərlər. Yaponiya müdafiə xəttini bu turnirin ən pis müdafiə xətti hesab etmək olar. Maya Yoshida və Yuto Nagatomo milli komandanın H qrupunda növbəti mərhələyə çıxmaq şansını komandaya qazandıra bilər.