2018 Dünya Çempionatının ev sahibləri açılışı çox uğurlu keçirdilər. Təəssüf ki, Misirlilər ilk matçlarını uğursuz başladılar. Bu iki komandalar сümə axşamı 19 iyunda üz-üzə gələcək.
Rusiya haqqinda nələri bilməliyik
Ruslar, Denis Çernışov ‘un bir-iki qolu sayəsində önə çıxdılar, beləliklədə, Səudiyyə Ərəbistanı qarşı matçda onlar, 5: 0 hesablı qələbəyə nail oldular. Yuriy Qazinski 12-ci dəqiqədə hesabı açdı, daha sonra Çernışev 43-cü qəqiqədə ikinci qola imza atti. Artyom Dzyuba əsas hissənin 71-dəqiqəsində hesabı bağladı, Çernyşov və Qolovkin isə əlavə dəqiqələrdə bir nəçə qola imza atdılar. Bu Rusiya ‘nın son vaxtlara baxdıqda, ən yaxşı oyunu idi. Baxmayaraq ki, Səudiyyə Ərəbistanı 59% topa sahiblik edirdi, Rusiya bununla bağlı heç bir problem hiss etmirdi, və əllərinə düşən imkanlardan maksimal dərəcədə istifadə edirdi. Alan Dzaqoyev matçın ilk hissəsində, dizaltı vətərini zədələməsi nəticəsində oyunu tərk etdi. Çox güman ki o Dünya Kubokunun növbəti oyunlarında iştirak etməyəcək. Çernışev Dzaqoyevi əvəz etti və fantastik oyun sərgilədi, fəqət əgər, turnirdə irəliləmək fikirindədilərsə o halda onlara tam heyət gərəkəcək.
Misir haqqinda nələri bilməliyik
Misir matça Məhəmməd Salahsız başladı, yığmanın ulduzu matça, ehtiyat skamyadan baxirdı. Bu baxmayaraq onlar sona qədər mübarizə apardılar və 1: 0 hesabı ilə Uruqvay ‘a məğlub oldular. Qapıçı Məhəmməd Al-Şenay Uruqvayı qorxu içəisində saxlamışdı, ümumiyyətlə Misir çox əla müdafiyə olunurdu. Milliyə həqiqətəndə Salah lazım idi, futbolçu hələdə Çempionlar Liqasında aldığı çiyin zədəsini sağaldır. Salahın meneceri Hektor Kuper dediyinə görə ola bilsin futbolçu Uruqvaya qarşı matçda iştirak etsin, lakin nəticədə Misirin hücumu çox zəif vəziyyətdə idi. Bununla belə, Misir Uruqvay ‘a qarşı oyunu tərifə laiqdir, belə ki Uruqvay A qrupunun favoriti hesab edilir. Misirə gələcək matçda maksimum dərəcədə kömək lazımdır, və əgər bu oyunda Salah iştirak edə biləcəksə o halda bu şansı Misir qaçırmamalıdır.
Proqnoz
Rusiya +1.25 əmsalla bu oyunun favoritidir, Misirin qələbə əmsalı isə +2.60, heç-heç +2.25 ilə qiymətləndirilir. Bu görüş, bu iki ölkələr arasına ilk dəfədir ki keçirilir. Rusiya əslində Səudiyyə Ərəbistana qarşı oyunda göründüyü kimi o qədər də yaxşı deyil, Misir isə göstərdi ki, onlar hazırlanmış və intizamlı komanda ola bilərlər. Onlar bilirlər ki, Dünya Kubokunda məğlubiyyət, onların arzuları alt-üst edəcək, ona görə də əgər onlar əllərini sallayıb gözləmək əvəzinə, Rusiyanı əks-hücumla heyrətləndirməyə çalışacaq. Əgər Salah oyunda iştirak etsə, onun 100% oyuna hazır olmasına inanmaq səhf olardı. Belə görünür ki, bu oyun heç-heçə və ya Rusiya ‘ın qələbəsi ilə başa çatacaq. Əgər Salah oyunamayacaqsa o halda bu nəticəni gözləmək ağıla batandır. Misir 100% oyuna “can” qoymalır ki, Dünya Çempionatında layiqli pilləyə qalxsın.
Прогноз: Rusiya